Ədliyyə Nazirliyinin əhaliyə göstərdiyi hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və notarius korpusunun peşəkar hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə ardıcıl tədbirlər görülür.
Ədliyyə Nazirliyinin İxtisas Komissiyası notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə almaq istəyən və "Notariat haqqında" Qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan vətəndaşları üçün növbəti açıq müsabiqə elan edib.
Müsabiqənin birinci mərhələsi - test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə kompüter vasitəsilə keçiriləcək və nəticələrə dair məlumat namizədlərə dərhal təqdim olunacaq.
Qanunvericiliyin tələbinə uyğun olaraq test imtahanından zəruri keçid balını toplayan namizədlər növbəti mərhələyə - müsahibəyə buraxılacaqlar. Müsahibədə uğur qazanan hüquqşünaslar isə Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunacaqlar. Təlimin yekununda aparılan qiymətləndirmənin nəticəsi üzrə notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə verilir.
İmtahanda iştirak etmək arzusunda olan şəxslər sənədlərini avqustun 15-dən sentyabrın 15-i saat 18:00-a qədər Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinə (
Tələb olunan sənədlərin
Test imtahanının vaxtı və yeri barədə əlavə məlumat veriləcək.