"Rusiyanın XİN başçısı Lavrov dövlətin strategiyası baxımından aşkar ziyanlı mövqelərdən daha birini ortaya qoyub.Nazir gənclərlə görüşdə deyib ki, Rusiya tarixdə ilk dəfə Qərblə tək vuruşur, 1- ci və 2- ci dünya müharibəsində müttəfiqlərimiz var idi,indi onlar yoxdur..."
Bu fikirləri "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi analitik Aydın Quliyev öz facebook hesabında paylaşıb. A.Quliyev daha sonra yazır: "Əvvala, dünyada tək qalmaq, təcrid olunmaq öyünməyə dəyməyən və fəxrlə deyilməli etiraf ola bilməz. Lavrov kimi stajlı diplomatın bu qədər ehtiyatsız fikri niyə söyləməsinin səbəbini anlamaq çətin gəlir. Digər tərəfdən, Lavrovun iki cümləlik fikrindən kəskin suallar çıxarmaq olar. Rusiya niyə təklənib, bunun günahkarı kimdir, bütün dünya bir yanda, Rusiya bir yandadırsa, bu elə Rusiyanın Ukrayna məsələsində haqsız olduğuna sübut deyilmi, "müttəfiqlərimiz yoxdur" deyimi Şimali Koreya və Belarus rejimi kimi 2 müttəfiqin haqqını yerə vurmaq deyilmi?