AZ

“Poseydonun qəzəbi” əməliyyatı hazırlanır: İsrail Şimali Kiprə hücum edəcək?

İsrail mətbuatı Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) İsrail üçün təhlükəsizlik probleminə çevrildiyini iddia edib.

Publika.az xəbər verir ki, “İsrail Hayom” qəzetininbununla bağlı dərc etdiyi məqalədə İsrailin Yunanıstan və Cənubi Kiprlə birlikdə bölgə üçün fövqəladə plan hazırlamalı olduğu bildirilib.

“Şimali Kipr İsrail üçün problemdir. Şimali Kipri azad etmək İsrailin vəzifəsi və ya arzusu deyil. Lakin bölgədən gələn təhlükə kritik həddə çatarsa, İsrailin strateji mövqeyi dəyişməlidir. İsrail Yunanıstanla koordinasiyalı şəkildə şimala qarşı fövqəladə əməliyyat hazırlamalıdır.

Belə bir əməliyyat Türkiyənin materikdən gələn əlavə qüvvələrini zərərsizləşdirəcək, Şimali Kiprdəki hava hücumundan müdafiə sistemlərini məhv edəcək və nəticədə türk qüvvələrini oradan çıxaracaq. Bununla da Kiprin beynəlxalq səviyyədə tanınan suverenliyini bərpa edəcək.

Seçilən
26
publika.az

1Mənbələr