AZ

Daha bir şəhərdə yasda yemək verilməsi DAYANDIRILDI

Şirvan şəhərində yas mərasimləri zamanı yemək verilməsi dayandırılıb.

Publika.az Modern.az-a istinadən xəbər verir ki, məsələ ilə əlaqədar ötən gün Şirvan bələdiyyəsinin inzibati binasında müzakirə təşkil edilib. Müzakirə Şirvan şəhər ağsaqqallarının təşəbbüsü ilə baş tutub.

Tədbirdə çıxış edən ağsaqqallar və din xadimləri qeyd etdilər ki, yas mərasimlərinin əsas məqsədi mərhumun ruhuna ehtiram göstərmək, ailəyə mənəvi dəstək olmaqdır. Bu isə süfrə açmaqla deyil, dua oxunması, Qurani-Kərim tilavəti və anım xarakterli sadə mərasimlərlə həyata keçirilməlidir.

Onların sözlərinə görə, yalnız yemək verilməsi ənənəsi dini baxımdan vacib hesab olunmur və əksər hallarda ailələr üçün artıq xərc və sosial təzyiqə səbəb olur.

Çıxışlar zamanı xüsusilə vurğulanıb ki, təşəbbüs yalnız ehsan süfrələrində yemək verilməsinin dayandırılmasını nəzərdə tutur. Digər dini ayinlər – yasin oxunması, duaların edilməsi və anım mərasimləri əvvəlki qaydada davam etdirilə bilər və bu adətlər cəmiyyətin mənəvi dəyərlərinin bir hissəsi olaraq yaşadılmalıdır.

Seçilən
13
23
publika.az

10Mənbələr