“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Şkendiya” (Makedoniya) ilə üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, artıq oyunların vaxtı da bəlli olub. Ağdam təmsilçisi ilk matçını səfərdə keçirəcək. Görüş avqustun 5-də keçiriləcək.
Komandalar arasında cavab oyunu isə avqustun 12-də Bakıda olacaq.
Hələlik oyunların saatı UEFA tərəfindən təsdiqlənməyib.