AZ

Əbülfət Mədətoğlu: Oğul xəcaləti

Dünən, yəni iyulun 30-da  Beyləqandakı  məhşur  məzarlıqda  ata- anamı  ziyarət etdim...Və  ilk  dəfə  oğul  kimi onların  önündə  xəcalət  çəkdim...Qardaşım Sabir  həyatda  olanda (  O  qaçqın kimi Beyləqanda  məskunlaşmışdı ...indi  burada uyuyur!!!!)  tez-tez  onlara   baş çəkir...bu  qoşa  məzarın  ətrafında ot- ələf   bitməsinə  imkan  vermirdi... İndi  isə....Bu  cümə axşamı  günü onların  ruhuna üz  tutdum....

Bu gün sizə  baş əydim 
Altınacan torpağın!..
Çiynimdən yüksək oldu- 
Ata.ana gorgahı!..

Müqəddəslər  ünvanı,
Otlar içində itir...
Oğul məzar önündə
Quru ağac tək bitir

Yolur ,göz yaşlarının 
Köməyilə  ələfi...
Allah bağışlayarmı- 
Mənim kimi  xələfi?

Qoşa  məzar  çevrəsi
Sükut   yüklü  ...və susqun...
Qəm  boğur  son  nəfəsi -
Çıxmır  candan  ha  udqun!...

Məsafə uzaqlığı
Vaxt qıtlığı bəhanə...
Ruhunuza diz çökdüm -
Bağışlayın rəhm  ilə...

Seçilən
27
adalet.az

1Mənbələr