Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Donetsk vilayətinin Çasov Yar şəhərinə hücumu nəticəsində ölən və yaralıların sayı artıb.
APA bu barədə Ukrayna mediasına istinadən xəbər verir.
Bildirilib ki, hücum nəticəsində 6 nəfər ölüb, 50 nəfərdən çoxu isə yaralanıb.
***
09:10
Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Çasov Yar şəhərini ələ keçirib.
APA xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Ukrayna tərəfi hələ ki, Çasov Yar şəhərinin ələ keçirilməsinə münasibət bildirməyib.
Qeyd edək ki, Çasov Yar şəhəri və ona yaxın yaşayış məntəqələri strateji baxımdan mühüm əhəmiyyətə malikdir.
Bu səbəbdən şəhər uğrunda uzun müddətdir ki, amansız döyüşlər gedir.