AZ

"Qarabağ" qələbə qazandı, Azərbaycan Rusiyanı qabaqladı - REYTİNQ

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulub. 

Fanat.Az-ın məlumatına görə, dünənki görüşlərdən sonra ölkələrin UEFA reytinqi yenilənib.
 
Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Qarabağ" ölkənin əmsallar cədvəlindəki xal ehtiyatını artıra və mövqeyini yaxşılaşdıra bilib. Qurban QUrbanovun baş məşqçisi olduğu komanda "Şelburn"u (İrlandiya) cavab görüşündə də üstələyərək (1:0) ölkəmizin hesabına daha 0.250 əmsal əlavə edib. 

Beləliklə, cari mövsümün qazancı 1.250-yə çatıb. Bunun 0.500-ü "Qarabağ"ın, 0.375-i "Sabah"ın, 0.250-si "Araz-Naxçıvan"ın və 0.125-i "Zirə"nin payına düşür.

Hazırda ölkəmizin əmsalı 18.375-ə bərabərdir. Qitə sıralamasına tsiklə 29-cu yerdə başlayan Azərbaycan bir pillə irəliləyərək 28-ə yüksəlib. Ölkəmiz Rusiyanı (18.299) geridə qoyub. 27-ci yerdə olan Ukraynanın isə 18.725 xalı var.

 55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (90.839) başçılıq edir.  

Seçilən
15
fanat.az

1Mənbələr