AZ

Konfrans Liqası: ”Sabah” bu gün cavab oyununa çıxır

Bakı, 31 iyul, AZƏRTAC

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Sabah” bu gün II təsnifat mərhələsində cavab oyununa çıxacaq.

AZƏRTAC xəbər verir ki, komanda Moldovanın “Petrokub” kollektivini qəbul edəcək. “Bank Respublika Arena”da keçiriləcək görüş saat 20:00-da başlanacaq.

Görüşü Serbiyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, komandalar arasında Moldovada baş tutan ilk matçda “Sabah” 2:0 hesablı qələbə qazanıb.

Seçilən
41
1
azertag.az

2Mənbələr