AZ

Rusiyada baş verən zəlzələdən sonra vulkan aktivləşdi

Rusiyanın Kamçatka bölgəsində baş verən 8,8 bal gücündə zəlzələ nəticəsində Klyuçevskaya Sopka vulkanında püskürmə baş verib.


Manset.az xəbər verir ki, Rusiya Elmlər Akademiyası məlumat yayıb. 

Məlumata görə, zəlzələ vulkanik aktivliyi artırıb.

Klyuçevskaya Sopka, Kamçatkanın Klyuçi kəndindən 30 km aralıda yerləşir və Avrasiyanın ən yüksək aktiv vulkanıdır.

Zəlzələnin 1952-ci ildən bəri bölgədəki ən güclü təkan olduğu bildirilir. Zəlzələ və sunami nəticəsində Severo-Kurilsk və Petropavlovsk-Kamçatski şəhərlərində fövqəladə vəziyyət elan edilib. Can itkisi olmasa da, bəzi binalar zədələnib.

Seçilən
15
manset.az

1Mənbələr