AZ

Bu qaydaya əməl edərək görmə problemlərinin qarşısını almaqMÜMKÜNDÜR

AiMed göz mikrocərrahiyyəsi klinikasının refraktiv şöbəsinin müdiri, yüksək kateqoriyalı oftalmoloq-cərrah Kirill Svetlakov bir neçə sadə qaydaya əməl etməklə görmə problemlərinin qarşısını almağın mümkün olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə o, lenta.ru-ya danışıb.

Mütəxəssisin sözlərinə görə, göz sağlamlığını qorumaq üçün müntəzəm olaraq xüsusi məşqlər etmək vacibdir. Ən effektiv üsullardan biri “20-20-20” qaydasıdır: hər 20 dəqiqədən bir, 20 saniyə ərzində 20 fut (təxminən 6 metr) uzaqlıqda olan obyektə baxmaq tövsiyə olunur.

Svetlakov həmçinin siqaretdən imtina etməyi və kompüterlə telefona baxmaq müddətini azaltmağı məsləhət görüb.

Onun fikrincə, iş və ya oxu zamanı düzgün işıqlandırma da görmə qabiliyyəti üçün böyük əhəmiyyət daşıyır.

Bundan əlavə, həkim gözləri ultrabənövşəyi şüalardan qorumağın vacibliyini qeyd edib və balanslı qidalanmanı tövsiyə edib. Tor qişanın sağlam qalması üçün rasionda kök, kəsmik, mal ciyəri və C vitamini ilə zəngin meyvə-tərəvəzlərə yer verilməlidir.

Aytəkin TOFİQQIZI

Seçilən
20
redaktor.az

1Mənbələr