Bu gün Konfrans Liqasının II təsnifat mərhələsində cavab qarşılaşmaları keçiriləcək.

Offsideplus.az xəbər verir ki, 3 təmsilçimiz bu gün meydana çıxacaq. İlk olaraq "Sabah" "Petrokub"u qəbul edəcək.

"Bayquşlar" səfərdə rəqibini 2:0 hesabı ilə məğlub etmişdi.

"Araz-Naxçıvan" və "Zirə" isə səfərə yollanıb.

Naxçıvan təmsilçisi ilk görüşdə məğlub etdiyi "Aris"lə bu dəfə səfərdə qarşılaşacaq.

"Zirə" isə Splitdədir. "Qartallar" burda yerli "Hayduk"la üz-üzə gələcək.