AZ

“Pajero” və “Changan” toqquşdu - Ölən var

Xızıda qəza nəticəsində bir nəfər ölüb.

Yenisabah.az xəbər verir ki, hadisə Xızı-Giləzi avtomobil yolunda baş verib.

Məlumata görə, Rəfail Bünyatovun idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobillə Cəbrayıl Heydərovun idarə etdiyi “Changan Qiyuan Q05” markalı avtomobil toqquşub. Nəticədə sonuncunun avtomobilində olan sərnişin Zərqələm Əsədova aldığı xəsarətlərdən ölüb. pizza mizza

Faktla bağlı cinayət işi başlanılıb.


Telegram kanalımız
Seçilən
49
2
yenisabah.az

3Mənbələr