AZ

Ordubaddakı “Ərbabın iş yeri” təmir və bərpə olunacaq


Naxçıvanda daha bir tarixi abidə bərpəa olunacaq. Belə ki, Ordubad şəhərində yerləşən “Ərbabın iş yeri” və ona bitişik tarixi binanın bərpası ilə bağlı müqavilə imzalanıb. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) çərçivəsində Ordubad şəhərində yerləşən “Ərbabın iş yeri” və ona bitişik tarixi binanın əvvəlki vəziyyətinə qaytarılması və əsaslı təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanması məqsədilə satınalma elan olunub və layihə smeta sənədləri qanunauyğun olaraq ekspertizadan keçirilib. Təsdiq edilmiş layihəyə uyğun olaraq nazirlik tərəfindən keçirilən satınalma yekunlaşaraq qalib şirkətlə müqavilə imzalanıb.

Mətləb

Seçilən
59
6
baki-xeber.com

7Mənbələr