AZ

Güləşçimiz Afinada dünya çempionu olub

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan güləşçisi Əli Nəzərov Yunanıstanın paytaxtı Afinada keçirilən U17 dünya çempionatında qızıl medal qazanıb.

Hafta.az xəbər verir ki, milli üzvü üçüncü yarış günündə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ümumiyyətlə, yunan-Roma güləşçilərimiz turnirdə 1 dəst medal qazanıblar.

Abdurrahman Hüseynli (45 kq) ukraynalı Timur Məhərrəmova tam üstünlüklə (9:0) qalib gələrək bürünc medala yiyələnib.

Hikmət Haqverdiyev (51 kq) finalda özbəkistanlı Otabek Tursunova 1:4 hesabıyla məğlub olub və gümüş medalı boynundan asıb.

Əli Nəzərov (60 kq) həlledici görüşdə qırğızıstanlı Amangəldi İsakbayevə heç bir şans tanımayıb. Rəqibini 6:1 hesabı ilə üstələyən həmyerlimiz dünya çempionu olub.

Yusif Əhmədli (71 kq) bürünc medal görüşündə iranlı Məhəmməd Kazımiyə minimal fərqlə (3:4) məğlub olub.

Səid Paşayev (92 kq) gündüz seansında təsəlliverici görüşlərə çıxıb və moldovalı Vladislav Vasilevskiylə (9:0) qazaxıstanlı Adilet Toişiyə (tuş) vaxtından əvvəl qalib gəlib. Ancaq bürünc medal uğrunda qarşılaşmada türkiyəli Ahmet Uzuna 0:5 hesabı ilə uduzaraq, 5-ci yerlə kifayətlənib.

DÇ-də 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan millimiz 100 xal toplayaraq, komanda hesabında Qırğızıstanla 4-5-ci yerləri bölüşüb.

Seçilən
74
9
hafta.az

10Mənbələr