AZ

Uşaqların beyin inkişafına təsir edən 5 meyvə

Uşaqların beyin inkişafı, yaddaş gücü və diqqət toplama bacarığı onların təhsil və gündəlik həyatdakı uğurlarının əsasını təşkil edir. Mütəxəssislər bildirir ki, düzgün qidalanma, xüsusilə bəzi meyvə və təbii məhsulların rasiona daxil edilməsi bu prosesdə əhəmiyyətli rol oynayır.

AzEdu.az-ın əldə etdiyi məlumata əsasən,tərkibindəki yüksək miqdarda antioksidantlar, flavonoidlərvitaminlər sayəsində qaragilə beynin funksional fəaliyyətini artırır.

Tədqiqatlara görə, bu meyvə yaddaşı gücləndirir, öyrənmə qabiliyyətini artırırbeyin hüceyrələrini oksidativ stresdən qoruyur. Pediatrlar mavi giləmeyvənin xüsusilə məktəbəqədər və ibtidai sinif yaşlı uşaqlara həftəlik şəkildə verilməsini tövsiyə edirlər.

Beynin enerji mənbəyi olan qlükozakalium baxımından zəngin olan banan həm əhval-ruhiyyəni yaxşılaşdırır, həm də diqqət və konsentrasiya qabiliyyətini artırır. Sinir sistemi üçün vacib olan B6 vitamini ilə zəngindir.

Sadə və əlçatan meyvə olan alma, asetilxolin adlı maddənin səviyyəsini artırmağa kömək edir ki, bu da beyin siqnallarının ötürülməsində mühüm rol oynayır. Alma həmçinin qanın təmizlənməsinəoksigenin beyin toxumalarına daha sürətli çatdırılmasına şərait yaradır.

Sağlam yağlar mənbəyi olan avokado, beynin qan dövranını yaxşılaşdırırsinir hüceyrələrinin qorunmasına kömək edir. Uşaqlar üçün əzələlərin və sinir sisteminin inkişafı baxımından faydalıdır.

Texniki baxımdan meyvə olmasa da, qoz və fındıq beynin fəaliyyətini gücləndirən omega-3 yağ turşuları, E vitaminisink ilə zəngindir. Mütəxəssislər bu qidaların uşaqlarda reaksiya sürətini, problem həll etmə bacarığınıyaddaşı artırdığını bildirirlər.

Seçilən
50
azedu.az

1Mənbələr