AZ

ABŞ-da hərbi F-35 təyyarəsi qəzaya uğradı- Pilot katapultasiya etdi

ABŞ-ın Kaliforniya ştatında F-35 tipli hərbi reaktiv təyyarə qəzaya uğrayıb. AzPost bildirir ki, hadisə Fresno dairəsində, Cadillac və Dickinson Avenue yaxınlığında baş verib. Təyyarə açıq sahəyə çırpılıb və yanğın baş verib.

Hadisə yerinə həm mülki, həm də hərbi fövqəladə xidmət əməkdaşları cəlb olunub. Görgü şahidlərinin sözlərinə görə, pilot qəzadan əvvəl uğurla katapultasiya edə bilib və tibbi yardım alır.

Qəzaya uğramış təyyarənin ABŞ Hərbi Dəniz Qüvvələrinə və ya ABŞ Dəniz Piyadalarına aid F-35 Lightning II qırıcı olması ehtimal olunur. Hadisənin səbəbləri və digər detalları federal səviyyədə aparılan istintaq zamanı müəyyən ediləcək.

AzPost.az

Seçilən
44
azpost.info

1Mənbələr