Ajans.az xəbər verir ki, bu barədə Sirski sosial şəbəkə hesabında yazıb. Komandan bildirib ki, şəxsi heyətin hazırlığı ilə bağlı müşavirə keçirib. O, ilk olaraq təlim istiqamətinə cavabdeh olan Baş Qərargah rəisinin müavini general-mayor İqor Skibyukun məruzəsini dinləyib. Sirski poliqonlarda və təlim mərkəzlərində təhlükəsizlik tələblərinə ciddi riayət olunduğunu qeyd edib: "Bütün Ukrayna düşmənin raket və pilotsuz təyyarələrinin zərbələri riski altındadır. Ona görə də təlim prosesi mümkün qədər yerin altında aparılmalıdır. Hava hücumu sirenlərinə və kəşfiyyat aparatlarının peyda olmasına dərhal reaksiya vermək lazımdır".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta