Rusiyanın Kamçatka yarımadasının sahillərində 8,8 bal gücündə , eləcə də Türkiyənin Konya şəhərində zəlzələ baş verib.
Ötən gün isə Xəzər dənizində və Xaçmazda da zəlzələ qeydə alınıb. Pravda.az Xəzər TV-yə istinadən bildirir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş Direktoru Qurban Yetirmişli deyir ki, təlaşa gərək yoxdur və bu seysmogen əraziyə xas olan cəhətdir.
"Xəzərdəki lap dərində olan zəlzələlərdir", - deyə Qurban Yetirmişli vurğulayıb.
Tarix: 31 İyul 2025, 06:59