AZ

“Fənərbağça” onu heyətinə qatdı

Portuqaliya millisinin müdafiəçisi Nelson Semedo Türkiyənin “Fənərbaxça” klubuna keçib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə insayder Fabritsio Romano yazıb.

Transferin yaxın günlərdə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, 31 yaşlı Nelson Semedo əvvəllər “Benfika” və “Barselona”da çıxış edib. O, ən son azad agent kimi ayrıldığı “Vulverhempton”da çıxış edib.

Ötən mövsüm Semedo 38 oyuna çıxıb, 9 sarı vərəqə və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
73
qafqazinfo.az

1Mənbələr