AZ

“Neftçi”nin yeni hücumçusu komandaya QOŞULDU

Neftçi” Polşa təlim-məşq toplanışını davam etdirir.

Bizim.Media xəbər verir ki, Keltse şəhərində məskunlaşan “ağ-qaralar” toplanışın 16-cı günündə səhər məşqinə çıxıblar.
 

Baş məşqçi Samir Abasovun rəhbərliyi altında keçirilən, əsasən toplu və taktiki çalışmalardan ibarət olan hazırlıq prosesində yeni transfer – hücumçu Alessio Kurçi də iştirak edib.


Qeyd edək ki, “Hapoel Təl-Əviv” (1:1) və “Termalitsa Nyeçetşa” (2:2) ilə qarşılaşan “Neftçi”nin “Asteras Tripolis” ilə görüşü güclü leysan səbəbindən ləğv olunmuşdu. Sonuncu oyun avqustun 1-də Kiprin AEL klubuna qarşı keçiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
60
1
bizim.media

2Mənbələr