ABŞ Federal Ehtiyatlar Sistemi (FED) bu il beşinci dəfə qısamüddətli faiz dərəcəsini dəyişməz saxlayıb.
Viral.az xəbər verir ki, bu barədə qurumun sədri Cerom Pauell mətbuat konfransında açıqlayıb. Bununla o, Prezident Donald Trampın azalma ilə bağlı davamlı çağırışlarını rədd edib.
Qərara əsasən əsas qısamüddətli dərəcəsi təxminən 4,3 faiz səviyyəsində qorunacaq. Cerom Pauell tətbiq edilən tariflərin bəzi mallar üçün qiymət artımına töhfə verməyə başladığını, lakin siyasətin son təsirinin qeyri-müəyyən olaraq qaldığını söyləyib.
Son Yazılar:
- Federal Ehtiyatlar Sistemi faiz dərəcəsini dəyişməz SAXLADI
- Şəkidə də dağlıq ərazidə yanğın başlayıb
- “Qarabağ”ın ÇL-nin növbəti mərhələsindəki rəqibi DƏQİQLƏŞDİ
“İnflyasiyanın nəzarətdə saxlanılması üçün nə lazımdırsa, edəcəyik”,- deyə o bildirib.