Məşhur Trubetskoy və Qolitsın sülalələrinin birbaşa nəslindən olan knyaz Aleksandr Trubetskoy 79 yaşında Moskvada vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə "SHOT" məlumat yayıb.
O, iyulun 24-də Moskva klinikalarından birinə yerləşdirilmişdi. Trubetskoyun əvvəllər keçirdiyi pnevmoniyaya görə vəziyyətinin pisləşdiyi və təcili şəkildə reanimasiyaya yerləşdirildiyi açıqlanmışdı.
Qeyd edək ki, 1947-ci ildə Parisdə anadan olan A.Trubetskoy ictimai təşkilatlarda fəal iştirak edib, eyni zamanda Moskva Dövlət Universitetinin fəxri professoru adını daşıyıb. O, bütün həyatını Rusiyanın tarixi irsini və mədəni yaddaşını qorumağa sərf edib.