AZ

Böyük sərvət kəşf edildi -

Çində dünyanın ən böyük qızıl yatağı kəşf edilib. Metbuat.az xəbər verir ki, Çinin Hunan əyalətindəki Vanqu mədənində yerin təxminən 2000 metr altında yerləşən yataqda 1000 ton qızıl olduğu təxmin edilir. Mədəndəki metalın hər tonunda orta hesabla 138 qram qızıl olduğu müəyyən edilib. Yüksək dərəcəli hesab edilən mədənlərdə bu nisbət adətən ton başına 25 qramdan aşağı olub. Mədəndəki sərvətin ümumu dəyərinin 83 milyard dollar olduğu irəli sürülüb.

Finlandiyanın Ukkolanvaara bölgəsində də əhəmiyyətli kəşf edilib. Orada tapılan filizin hər tonunda 10 qram qızıl olduğu bildirilib.

Seçilən
47
metbuat.az

1Mənbələr