AZ

"Atletiko" futbolçusunu icarəyə verdi - RƏSMİ

Toma Lemar "Atletiko"dan "Jirona"ya icarəyə keçib.

Sportal.az xəbər verir ki, Kataloniya klubu 29 yaşlı fransız yarımmüdafiəçini 2025/26 mövsümü üçün icarəyə götürüb.

Əvvəlcədən məlum olub ki, "Jirona" Lemarın maaşının yalnız 50%-ni ödəyəcək.

Lemar 2018-ci ildə "Monako"dan "Atletiko"ya transfer olunmuşdu – Madrid klubu onun üçün təxminən 72 milyon avro ödəmişdi. Ötən La Liqa mövsümündə Lemar cəmi 5 oyun keçirib.

saytlarin hazirlanmasi

Seçilən
57
2
sportal.az

3Mənbələr