UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"a qarşı cavab oyunundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, 53 yaşlı mütəxəssis komandasının 1:0 hesablı (ilk oyun 3:0) qələbəsi ilə yekunlaşan ilk oyun barədə danışıb:
"Futbolçularım öz optimal formalarından hələ ki uzaqdırlar. "Şelburn" ciddi rəqib idi. 3:0-a baxmayaraq bura ambisiyalı gəlmişdilər. Azarkeşləri stadionda belə çox görmək həm xoşdur, həm də bizə motivasiyadır".
53 yaşlı mütəxəssis yeni transferlərin çıxışını dəyərləndirib:
"Yeni oyunçularımız hələ tam hazır deyil. Bir neçə oyun lazımdır ki, adaptasiya olsunlar. Əsas odur ki, kollektivə uyğunlaşsınlar. Hələ ki, hər şey normaldır. Kadiyə gəlincə, universal futbolçudur. Həm rəqibə uyğun, həm də lazım olanda futbolçuları istənilən mövqedə istifadə edə bilərik".