Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ" "Şelburn"u Bakıdakı oyunda 1:0, ümumilikdə 4:0 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, rəqib komandanın baş məşqçisi Coy O'Brayen oyundan sonra mətbuat konfransında iştirak edib.
"İlk oyunda belə oynamışdıq. O zaman da müdafiəçilərimizin sayı çox idi. Burada oynamaq çətindir. "Qarabağ"ın xeyli azarkeşi var idi. Fasiləyə 0:0 hesabı ilə yollansaydıq, ikinci hissədə dəyişiklik edəcəkdik. Dublindəki oyunda ikinci hissədə yaxşı şanslarımız yarandı. Lakin səhvlərimizdən əvvəlcə 2-ci, sonra isə 3-cü qolu buraxdıq. Bu gün də oyuna pis başlamamışdıq. Amma sonda nəticə istədiyimiz kimi olmadı".