
“Miu Miu” brendi 2025-ci ilin ikinci rübündə dünyada ən populyar moda markası olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Lyst” nəşri məlumat yayıb.
İkinci yerdə əvvəllər reytinqə başçılıq edən İspaniyanın “Loewe” moda evi qərarlaşıb. İlk üçlüyə Parisin yüksək moda brendi “Saint Laurent” də daxil olub. Populyar moda brendləri siyahısına həmçinin “Prada”, “Coach”, “The Row”, COS, “Chloé”, “Bottega Veneta” və “Moncler” daxildir.