AZ

Qatarda 350 min avroluq zinət əşyası oğurlandı

Fransada sürətli qatarda qeyri-adi və yüksək məbləğli oğurluq hadisəsi baş verib. AzPost  BFMTV-yə istinadla xəbər verir ki, birinci sinif vaqonunda səyahət edən sərnişinin çantasından ümumi dəyəri 350 min avro olan zinət əşyaları oğurlanıb. Hadisə ölkənin dəmir yolu tarixində ən böyük oğurluq kimi qeydə alınıb.

Zərərçəkən qadın çantanı oturduğu yerin altına yerləşdirib. Bir müddət sonra ayağına toxunuş hiss edib və görüb ki, oğru artıq içi boş çantanı geri qoyur.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı istintaq aparır və müşahidə kameralarının görüntüləri araşdırılır.

AzPost.az

Seçilən
53
azpost.info

1Mənbələr