AZ

Bakı və İrəvan müstəqil regional gələcəyə doğru irəliləyir

ABŞ senatoru Cənubi Qafqazı və Mərkəzi Asiyanı strateji istiqamət kimi dəyərləndirib...

Poliqon xəbər verir ki, ABŞ senatoru, respublikaçı Stiv Deynz The Wall Street Journal qəzetində dərc olunan məqaləsində bildirib ki, Cənubi Qafqaz və Mərkəzi Asiya davamlı inkişaf və beynəlxalq əməkdaşlıq üçün strateji əhəmiyyət daşıyan regionlara çevrilməkdədir.

Senatorun sözlərinə görə, ErmənistanAzərbaycan daha müstəqil xarici siyasət həyata keçirməyə can atır və beynəlxalq ictimaiyyətlə əlaqələrin genişlənməsində maraqlıdırlar. Amerikalı senator xüsusilə Orta Dəhlizə diqqət ayıraraq, bu marşrutu Şərqlə Qərb arasında perspektivli bir yol kimi qiymətləndirib.

Stiv Deynzin fikrincə, Bakı ilə İrəvan arasında imzalanacaq sülh sazişi yalnız Cənubi Qafqaz ölkələri üçün deyil, həm də daha geniş beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar aça bilər.

Poliqon.info

Seçilən
24
1
poliqon.info

2Mənbələr