AZ

"Qarabağ" - "Şelburn" oyununa nə qədər bilet satılıb?

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”la “Şelburn” arasında keçiriləcək cavab matçına bilet satışı davam edir.

"Football-plus.az" xəbər verir ki, artıq oyuna 25000 bilet satılıb.

Biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri
iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Xatırladaq ki, “Qarabağ” səfərdəki ilk görüşdə 3:0 hesablı qələbə qazanıb. Cavab oyunu iyulun 30-u Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20.00-da başlanacaq.

Seçilən
83
22
football-plus.az

10Mənbələr