AZ

“Şlyapa Zahid”ə hökm oxunub

Bakı. Trend:

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçininTəhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti, 42milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin ("ŞlyapaZahid") barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX)başlanılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend xəbərverir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim NovruzKərimovun sədrliyi ilə keçirilən prosesdə Z.Niftəliyevin vəkiliçıxış edib.

O, təqsirləndirilənə ittiham olunduğu hər iki maddə üzrə baraətverilməsini xahiş edib.

Zahid Niftəliyev son sözlə çıxış edərək məhkəmədən bəraətistəyib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Zahid Niftəliyev 2 ilmüddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 ilmüddətinə azadlıqdan məhrum edilib. Ona təyin olunmuş əvvəlki hökmqismən toplanılaraq Zahid Niftəliyevə qəti olaraq 12 il müddətinəazadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, Zahid Niftəliyev rüşvət almaqda ittiham olunaraqbir müddət əvvəl həbs olunub. Ona Tərtər Hərbi Məhkəməsinin hökmüilə şərti cəza verilib, azadlığa buraxılıb. Daha sonra o, DTX-ninİstintaq baş idarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğunTərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib.Zahid Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvətalmaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrumedilib.

Bundan başqa, Zahid Niftəliyev hazırda məhkəmədə araşdırılancinayət işi üzrə öz adına formal şirkət açaraq “AtaBank”dangötürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəməqətnaməsini qərəzli olaraq icra etməməkdə ittiham olunur.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həminməbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb,şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “AtaBank” ASC-yəmüvafiq məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42milyon 470 min 885 manat kredit alaraq xüsusilə külli miqdardaziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan “AtaBank”ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraqicra etməyib.

Onu da qeyd edək ki, xüsusilə külli miqdarda mənimsəməcinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-dəcinayət işi ayrılıb.

Seçilən
16
38
az.trend.az

10Mənbələr