AZ

Tailand və Kamboca atəşkəsə sadiqliklərini təsdiqlədilər

Tailand və Kamboca atəşkəs rejiminə sadiqliklərini təsdiqləyiblər. Bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir.

Bəyanat, Çin XİN rəhbərinin müavini Sun Veydun ilə hər iki ölkənin nümayəndələri arasında Şanxayda keçirilmiş görüşün yekunlarına əsaslanır. Bildirilib ki, görüş qeyri-rəsmi məsləhətləşmələr xarakteri daşıyıb və “istilik, dostluq və əlverişli atmosferdə” keçib.

Çin XİN həmçinin qeyd edib ki, tərəflər Pekinin bölgədə gərginliyin azaldılması istiqamətindəki səylərini yüksək qiymətləndiriblər.

Görüş, Çin tərəfindən Tailand və Kamboca arasında mövcud fikir ayrılıqlarının dinc yolla həlli üçün göstərilən davamlı və konstruktiv səylərin bir hissəsi olub.

//Samir Qurbanov, Editor.az

Seçilən
24
editor.az

1Mənbələr