AZ

“Qarabağ” - “Şelburn” matçına satılan biletlərin sayı açıqlandı

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ"la İrlandiyanın "Şelburn" komandaları arasında keçiriləcək cavab matçına bilet satışı davam edir.

Yenisabah.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, artıq oyuna 25 000 bilet satılıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. VIP C və VIP D sektorlarına bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır. pizza mizza

Azarkeşlər biletləri, "iTicket.az"ın satış məntəqələrindən (iticket.az-da onlayn satış), "Qarabağ"ın "Park Bulvar"dakı fan-şopundan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala bilərlər.

Xatırladaq ki, "Qarabağ" səfərdəki ilk görüşdə 3:0 hesablı qələbə qazanıb. Cavab oyunu bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Telegram kanalımız
Seçilən
28
27
yenisabah.az

10Mənbələr