AZ

​Azərbaycanda vebsayt yaratmaq asanlaşır

Rəqəmsal mühitin sürətlə inkişaf etdiyi dövrdə vebsayta malik olmaq artıq lüks deyil, biznesin əsas tələblərindən birinə çevrilib. Pandemiyadan sonra xüsusilə kiçik və orta sahibkarlar üçün onlayn görünürlük satış və reputasiya baxımından həlledici rol oynamağa başlayıb. Son dövrlər Azərbaycanda da bu sahəyə maraq hiss olunacaq dərəcədə artıb. Lakin hələ də bir çox sahibkar sayt yaratmaq prosesini çətin, vaxt aparan və maliyyə baxımından ağır bir yol kimi təsəvvür edir. Bəzi hallarda isə bu prosesə başlanmadan belə fikirdə vaz keçilir. Yeni yanaşmalar isə bu tendensiyanı dəyişməkdədir. Sadələşmiş texnologiya, daha əlçatan xidmətlər İllər əvvəl vebsayt sifarişi üçün proqramçılar, dizaynerlər, ayrıca domen və hostinq təminatçıları ilə ayrıca işləmək lazım idi. Bu da prosesi uzadır və nəticədə qiymətləri artırırdı. Son illərdə isə texnologiya xidmətləri paket formasında təqdim olunmağa başlayıb. İndi artıq sahibkar bir mərkəz vasitəsilə vebsaytını, dizaynını, texniki dəstəyini və hətta axtarış sistemlərinə uyğunlaşdırmanı belə bir platformada əldə edə bilir. Bu yanaşmanı təklif edən yerli texnologiya şirkətləri arasında "Sayt.az" da yer alır. 2003-cü ildən fəaliyyət göstərən və bu günə qədər yüzlərlə layihəyə imza atmış bu platforma sayt yaradılmasını daha sadə və büdcə dostu hala gətirmək məqsədi daşıyır. Başlamaq üçün nədən yetərlidir? "Sayt.az" nümayəndəsinin sözlərinə görə, bir çox müştəri müraciət zamanı texniki biliklərinin olmamasından narahat olur. Halbuki, xidmət tam şəkildə açar-təhvil təqdim edilir və sifarişçinin yalnız biznesinə uyğun materialları təqdim etməsi kifayət edir. Hazırda 450 AZN-dən başlayan sayt paketləri ilə fərqli funksionallıqlara sahib layihələr qısa müddət ərzində istifadəyə təhvil verilir. Bununla yanaşı, platforma domen qeydiyyatı, hostinq yerləşdirilməsi, sayt dizaynı, SEO və sosial media dəstəyi kimi xidmətləri də təklif edir. Təcrübə və yerli bazara uyğunlaşma Ekspertlər hesab edir ki, Azərbaycanda veb texnologiyaların inkişafı üçün həm beynəlxalq alətlərlə, həm də yerli bazarın tələblərinə uyğunlaşan xidmət modellərinə ehtiyac var. Bu baxımdan, "Sayt.az" kimi təcrübəli və lokal bazarın ehtiyaclarını bilən komandaların fəaliyyəti kiçik və orta biznes üçün mühüm dəstək rolunu oynayır. Vebsaytlar yalnız informasiya təqdimatı üçün yox, həm də onlayn sifarişlər, ödəniş sistemləri və müştəri əlaqələri üçün dayanıqlı bir infrastruktur təklif edir. Gələcəkdə bu xidmətlərə tələbatın daha da artacağı gözlənilir.

Qeyd edək ki, şirkətin mövcud xidmətləri ilə tanış olmaq və nümunə layihələri görmək üçün www.sayt.az səhifəsinə daxil olmaq mümkündür.

Seçilən
70
38
metbuat.az

10Mənbələr