AZ

“Petrokub”u yenə məğlub etməliyik - "Sabah"ın baş məşqçisi

Səfərdəki matçımız yaxşı alındı. Lakin bu rəqibə evdə də qalib gəlmək istəyirik. Səfərdə qələbə qazansaq da, hələ heç nə məlum deyil. Hazırlığımız yüksək səviyyədə oldu. Rəqib komandaya yuxarıdan aşağı baxmaq olmaz.

Axar.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas “Petrokub”la matç öncəsi açıqlamasında bildirib.

O, hələ də oyun planında problemlərin olduğunu söyləyib.

Qeyd edək ki, "Sabah" - "Petrokub" görüşü iyulun 31-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da start götürəcək. Komandalar arasında ilk görüşdə Azərbaycan klubu qələbə qazanıb - 2:0.

Seçilən
28
1
axar.az

4Mənbələr