
ABŞ Prezidenti Donald Tramp Cənubi Afrikanın Yohannesburq şəhərində keçiriləcək G20 sammitində iştirak etmək ehtimalının az olduğunu bildirib.
Yeniavaz.com AFP agentliyinə istinadla xəbər verir ki, o bu barədə Vaşinqtona gedərkən təyyarəsinin göyərtəsində jurnalistlərə bildirib.
Tramp bunu Cənubi Afrikanın “çox pis” siyasəti ilə əlaqələndirib. Tramp həmçinin sammitə onun yerinə ABŞ administrasiyasının nümayəndəsini göndərəcəyini istisna etməyib.
“Yəqin ki, mən nümayəndə göndərəcəyəm. Çünki onların çox pis siyasətləri var. Çoxlu insanın öldürülməsi ilə nəticələnən siyasətlər”, - ABŞ prezidenti jurnalistlərə bildirib.