AZ

Alessio Kurçi “Neftçi”nin düşərgəsinə qoşuldu

“Neftçi”nin yeni transferi Alessio Kurçi komandanın Polşanın Keltse şəhərində davam edən təlim-məşq toplanışına qoşulub.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Baş məşqçi Samir Abasovun rəhbərliyi altında keçirilən, əsasən toplu və taktiki çalışmalardan ibarət olan bugünkü hazırlıq prosesində Lüksemburq millisinin hücumçusu da iştirak edib.

Qeyd edək ki, “Hapoel” (Təl-Əviv, 1:1) və “Termalitsa” (Nyeçetşa, 2:2) ilə qarşılaşmış “Neftçi”nin “Asteras”la (Tripolis) görüşü güclü leysan səbəbindən ləğv olunmuşdu. Komanda sonuncu matçını avqustun 1-də Kiprin AEL klubuna qarşı keçirəcək.

Seçilən
26
3
arena.az

4Mənbələr