Bakı. Trend:
Bakının “Şuşa Qalası” restoranında “Pastry & Bakery Chefs BakuCup 2025” beynəlxalq birinciliyinin iştirakçıları və hakimləri üçünAzərbaycan qonaqpərvərliyi və kulinar sənətkarlığı ab-havasındaQarabağ mətbəxinin incilərinin təqdimatı baş tutub.
Trend xəbər verirki, çempionat ölkəmizdə ilk dəfə Azərbaycan Kulinariya Gildiyası,Bakı Kulinariya Assosiasiyası və DIYAR.AZ layihəsinin "AzərbaycanınQastronomik Xəritəsi" təşəbbüsü ilə təşkil olunub.
Türkiyə, Şri-Lanka, Pakistan, Özbəkistan və digər ölkələrdəngələn qonaqları sadəcə bir axşam yeməyi deyil, Qarabağın dadpalitrasında əsl səyahət gözləyirdi: nəsildən-nəsilə ötürülənQarabağ reseptləri, yerli kulinariya texnikalarının nümayişi, həryeməyin arxasında duran zəngin tarix – bütün bunlar regionun dərinvə çoxqatlı kulinariya ənənəsini təqdim edən mənzərə yaratdı.
Gecənin xüsusi anı isə fəxri adların təqdim olunması ilə yaddaqaldı: tanınmış kulinariya ustaları Qabil Quliyev və Etibar KərimliTürkiyə Kulinariya Assosiasiyasının üzvləri seçildilər.
Etibar Kərimli çıxışında bunları deyib:
“Qarabağ mətbəxi Azərbaycanın mədəni yaddaşının təcəssümüdür. O,coğrafiyanı, tarixi, xalqın xarakterini özündə birləşdirir. Bumətbəxi qorumaq və təbliğ etmək – milli kimliyimizi yaşatmaqdeməkdir”.
Gecədə iştirak edən Türkiyənin Dənizli KulinariyaAssosiasiyasının sədri Süleyman Kursak heyranlığını gizlətmədi:
“Qarabağ yeməkləri əsl sənətdir. Belə bir tədbirin parçası olmaqvə öz müəllif qastronomiya proqramımı təqdim etmək mənim üçünqürurdur. Master-klassda türk mətbəxinin ənənəvi və müasirtexnikalarının necə vəhdət təşkil etdiyini göstərəcəyəm”.
"Pastry & Bakery Chefs Baku Cup 2025" çempionatı – peşəkaraşpazlar, qənnadçılar və ixtisaslaşmış universitet tələbələrini biraraya gətirərək, təcrübə və yaradıcılıq mübadiləsi üçün beynəlxalqplatforma rolunu oynayır. Bu barədə Azərbaycan KulinariyaGildiyasının və Bakı Kulinariya Assosiasiyasının sədri, beynəlxalqdərəcəli usta İlkin Əkbərzadə məlumat verib:
“Biz istedadların özünü göstərməsi üçün platforma yaradırıq.Yerli və xarici ustalar yalnız texnika deyil, həm də özmətbəxlərinin fəlsəfəsini nümayiş etdirirlər”.
İştirakçılar aşağıdakı kateqoriyalar üzrə yarışacaqlar: "Millişirniyyat süfrəsi", "Art-klass (şirniyyat və şokolad əsərləri)","Toy tortu", "Çörəkçilik sənəti", "Meyvə və tərəvəz oymakompozisiyaları".
Münsiflər heyəti isə bir sıra ölkələrin aparıcımütəxəssislərindən ibarət olacaq: Süleyman Kursak (Türkiyə), MetinAyhan (Türkiyə), Şahid Miyan (Pakistan), Hüseyn Şipal (Türkiyə),Çamil Fernanda (Qətər), Xoşan Desilva (BƏƏ), Don David(Azərbaycan), Bəhruz Qəlbinur (Azərbaycan).
İnformasiya dəstəyi: - Trend.Az, Day.Az, Milli.Az,Azernews.Az