AZ

Trampın xüsusi nümayəndəsi Yaxın Şərqə səfər edəcək

Bakı. Trend:

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Qəzzabölgəsindəki humanitar böhranı müzakirə etmək məqsədilə bu günİsrailə rəsmi səfər edəcək.

Trend xəbər verirki, bu barədə “Axios” nəşri Ağ Evdən olan mənbələrə istinadənməlumat yayıb.

Məlumata görə, bu, Uitkoffun son 3 həftə ərzində İsrailə ilksəfəri olacaq. Səfərə səbəb HƏMAS-la İsrail hökuməti arasındadanışıqların dalana dirənməsidir.

“Uitkoff, eyni zamanda, Qəzzaya yollana və orada Qəzza humanitaryardım Fondunun mərkəzinə baş çəkə bilər”, - deyə materialda qeydolunur.

Nəşrin məlumatına görə, ABŞ administrasiyasının rəhbəri regionundinc əhalisinə yardımın daha səmərəli göstərilməsi üçün Qəzzanınhumanitar vəziyyətini araşdırmağı planlaşdırır.

Məqalədə:
Seçilən
37
az.trend.az

1Mənbələr