Kamçatkada zəlzələnin ən qızğın vaxtında 14 yaşlı məktəbli xəstəxanalardan birində uşaq dünyaya gətirib.
Publika.az xəbər verir ki, bu barədə "Şot" "Telegram"da yazıb.
Nəşrin məlumatına görə, qız 35 yaşlı anası, anestezioloq və mama ilə birlikdə doğum şöbəsində olub. Zəlzələ ilə üst-üstə düşən sancılar zamanı həkimlər rus qadını sakitləşdirib və ona kömək ediblər.
Proses yaxşı keçib. Evelina adlı sağlam bir qız dünyaya gəlib. Ailə səlahiyyətlilərdən həkimlərin mükafatlandırılmasını xahiş edəcək.