AZ

Afrika dövlətləri ilə aqrar sahədə əməkdaşlıq gücləndiriləcək

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov BMT-nin Qida Sistemləri üzrə II Sammiti (UNFSS+4) çərçivəsində Somali, Efiopiya, Ruanda respublikalarının kənd təsərrüfatı nazirləri, eləcə də Konqo Respublikasının xarici işlər və əməkdaşlıq naziri Jan-Klod Qakosso və Afrika İttifaqının Kənd təsərrüfatı komissarı Moses Vilakati ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.

Bildirilib ki,  görüşlərdə Afrika dövlətləri ilə aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi, azərbaycanlı sahibkarların Afrika ölkələrində investisiya imkanlarını dəyərləndirməsi, müasir texnologiyaların transferi, aqrar sahədə elmi-tədqiqat və təhsil üzrə əməkdaşlıq, beynəlxalq təşkilatlar səviyyəsində ölkələrin bir-birini dəstəkləməsi məsələləri müzakirə olunub.

Görüş zamanı afrikalı rəsmilər Azərbaycanın COP29 tədbirini yüksək səviyyədə təşkil etdiyini, elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid sahəsində Azərbaycanın böyük uğurlar əldə etdiyini, bu sahədə ölkəmizin təcrübəsini öyrənməkdə, kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıblar.

Seçilən
23
1
operativmedia.az

2Mənbələr