“Qarabağ” Konfrans Liqasının II təsnifat mərhələsinin Bakıda keçiriləcək “Şelburn”la cavab oyunu ilə bağlı azarkeşlərə müraciət edib.
Publika.az xəbər verir ki, klubun yaydığı müraciətdə bunlar qeyd edilib:
“UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Şelburn” oyununda iştirak edəcək azarkeşlərimiz üçün qapılar matçın start fitindən 2 saat əvvəl açılacaq.
“Qarabağ” – “Şelburn” oyunu öncəsi Tofiq Bəhramov adına Respublika stadionunun qarşısında sizi əsl fan zona əhval-ruhiyyəsi gözləyir!
Azarkeşlərimizdən tribunalardakı yerlərini vaxtında tutmaları xahiş olunur!