AZ

Dövlət Turizm Agentliyi 13 milyon manat vəsaiti büdcəyə qaytarmadı

Dövlət Turizm Agentliyi 12,8 milyon manat vəsaiti büdcəyə qaytarmayıb.

Publika.az xəbər verir ki, Hesablama Palatasının (HP) Dövlət Turizm Agentliyində apardığı audit zamanı dövlət vəsaitlərinin qanunvericiliyə zidd şəkildə idarə olunduğu müəyyən edilib.

Audit nəticəsində məlum olub ki, agentlik 2022–2024-cü illər ərzində müxtəlif iş və xidmətlər üçün ayrılmış ümumilikdə 12,8 milyon manat vəsaiti akkreditiv hesablarında saxlayıb, lakin bu vəsait qanunla nəzərdə tutulduğu kimi büdcəyə geri qaytarılmayıb.

Xüsusilə qeyd olunub ki, saxlanılmış vəsaitin yalnız 43,5 min manatı geri qaytarılıb, yerdə qalan məbləğ isə müxtəlif illərdə icra olunmuş xidmətlərə görə ödənilib.

Seçilən
58
8
publika.az

9Mənbələr