Dortmund "Borussiya"sı "Arsenal"ın yarımmüdafiəçisi Leandro Trossardı transfer etməkdə maraqlıdır.
Operativ Media xəbər verir ki, bu haqda "Sky Sports" məlumat yayıb.
Mənbənin məlumatına görə, 30 yaşlı belçikalının "Arsenal"dakı gələcəyi qeyri-müəyyən görünür. Futbolçu ilə adları açıqlanmayan daha iki ingilis klubu da maraqlanır.
Trossard 2024/25 mövsümündə "Arsenal"ın heyətində bütün yarışlarda 56 oyunda 10 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.
"Transfermarkt" futbolçunun transfer dəyərini 22 milyon avro qiymətləndirir.