AZ

Caka yenidən Premyer Liqada

İngiltərənin “Sanderlend” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Bayer”dən Qranit Cakanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İsveçrəli yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

32 yaşlı futbolçu daha əvvəl İngiltərədə “Arsenal”da forma geyinib. O, bu komanda ilə 297 oyunda 23 qol vurub, 29 məhsuldar ötürmə edib.

Caka ötən mövsümdə “Bayer”də 49 oyuna 2 qol, 7 assistlə yadda qalıb.

Seçilən
65
1
futbolpress.az

3Mənbələr