AZ

Paris Olimpiadasının finalında azərbaycanlı boksçuya qalib gələn idmançıda dopinq aşkarlanıb  

Özbəkistanlı boksçu Lazizbek Mullacanov dopinq testindən keçə bilməyib.

AZƏRTAC xəbər verir ki, idmançıdan götürülən test nümunələri müsbət çıxıb.

L. Mullacanovun B nümunəsi də pozitiv olarsa, boksçu antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya ediləcək.

Qeyd edək ki, Lazizbek Mullacanov “Paris-2024” Olimpiya Oyunlarında 92 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb. O, finalda Azərbaycan təmsilçisi Alfonso Dominqesi məğlub edib.

Seçilən
50
1
azerbaijan-news.az

3Mənbələr