2022 və 2023-cü illərdə məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vakansiyası üzrə keçirilən müsabiqələr nəticəsində 850 nəfər ixtisaslı kadr işə qəbul olunub.
Operativ Media xəbər verir ki, bu barədə MÜTDA-nın keçirdiyi brifinqdə şöbə müdiri İlahə Hüseynova məlumat verib.
Bildirilib ki, növbəti müsabiqənin 2025-ci il avqustun 22-də keçirilməsi planlaşdırılır. Sənəd qəbulu 29 iyul – 4 avqust tarixlərində aparılacaq. Hazırda ölkə üzrə tərbiyəçi-müəllim vəzifəsi üzrə 320 vakant yer mövcuddur.