AZ

İndiyədək bağça müdiri vəzifəsinə keçirilən müsabiqədə 81 nəfər uğur qazanıb

Bakı.Trend:

2022 və 2023-cü illərdə məktəbəqədər təhsil müəssisələrindətərbiyəçi-müəllim vakansiyası üzrəkeçirilən müsabiqələr nəticəsində850 nəfər ixtisaslı kadr işə qəbul olunub.

Trend xəbərverir ki, bunu jurnalistlər üçün keçirilən brifinqdə Məktəbəqədərvə Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilintəşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib.

Onun sözlərinə görə, növbəti müsabiqənin 22 avqust 2025-ci iltarixində keçirilməsi planlaşdırılır və sənədqəbulu 29 iyul – 4avqust tarixlərində aparılacaq:

"Hazırda ölkə üzrə tərbiyəçi-müəllim vəzifəsi üzrə 320 vakantyer mövcuddur. Müsabiqəyə təqdim olunan çərçivə sənədi 60 sualdanibarətdir. Bu suallar məktəbəqədər təhsil üzrə məzmunvə metodika,pedaqoji və psixoloji yanaşmaları əhatə edir. Namizədlər bu sənədləARTİ-nin (Azərbaycan Respublikasının Təhsil İnstitutu) rəsmiinternet səhifəsində tanış ola bilərlər.

Bildiririk ki, indiyə qədər iki dəfə məktəbəqədər təhsilmüəssisələrinin müdiri vəzifəsi müsabiqə keçirilib və nəticədə 81nəfər uğur qazanıb. Üçüncü müsabiqənin müsahibə mərhələsi artıqbaşa çatıb və yaxın günlərdə nəticələrin açıqlanmasıgözlənilir".

O qeyd edib ki, hazırda müdirvəzifəsi üzrə 340 yervakantdır:

"Yeni təyin olunan müdirlər üçün 2 günlük adaptasiya proqramıtəşkil edilir. Proqram çərçivəsində liderlik, sənədlərlə iş,məzmun, kommunikasiya və digərmühüm sahələr üzrə seminarlarkeçirilir. Qeyd edirik ki, bu il ilk dəfə olaraq bağçalardametodist vəzifəsi üzrə müsahibə təşkil olunub və 23 nəfər uğurqazanaraq fəaliyyətə başlayıb".

Seçilən
62
az.trend.az

1Mənbələr