Polşa ordusunun şəxsi heyətinin sayı 210 mini keçib, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
"Yalnız böyük, təlim keçmiş və yaxşı təchiz olunmuş ordu potensial təcavüzkarın qarşısını almaq iqtidarındadır", - nazirlik vurğulayır.
Bundan əvvəl Polşa Müdafiə Nazirliyi 2025-ci ilin sonunadək hərbi personalın sayını 230 min nəfərə çatdırmağı planlaşdırdığını açıqlamışdı. Onlardan 150 mini peşəkar hərbçilər, qalanları isə könüllü, ərazi birləşmələri və ehtiyatda olan hərbi qulluqçular olacaq.
1 yanvar 2025-ci il tarixinə Polşa Ordusunda 206 min hərbi qulluqçu, o cümlədən 144 mini peşəkar hərbi qulluqçu var idi.
Əziz Mustafa